
Lauqardalsvöllur stadionunda Millətlər B Liqasının 4-cü qrupunun 3-cü oyununda İslandiya və Uels milliləri qarşılaşıb.
Türkiyənin rəqiblərindən olan Uels 2-0 önə keçib və İslandiya ilə 2-2 bərabərə qalıb.
Uels ilk hissəni 11-ci dəqiqəsində Brennan Consonun və 29-cu dəqiqədə Uilsonun vurduğu qollarla 2-0 öndə bağlayıb.
İkinci hissədə Tomassonun 69-cu dəqiqədə vurduğu qollar və 73-cü dəqiqədə Vardın avtoqolu ilə İslandiya hesabı 2-2 edib.
Qrupda Uels 5 xalla ikinci, İslandiya 4 xalla 3-cü pillədə qərarlaşıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Məhəmməd Qasımov
