Bu gün:

Qılınc balığı(Marlinlər)


Marlin ailəsinin ən sürətli nümayəndələrindən biri olan marlin balığı, qılınc kimi uzun və iti burunları ilə tanınır. Bu burun onlara ovlarını effektiv şəkildə tutmaq və suda sürətlə hərəkət etmək imkanı verir.

Lakin bu iti və möhkəm struktur həm də dənizdə balıqçılar üçün potensial təhlükə yaradır. Marlinlər ovlandıqda və ya tutulduqda böyük sürətlə suyun səthinə tullana bilər və bu prosesdə güclü qılıncları ilə balıqçı qayıqlarına və ya balıqçılara zərər verə bilər. Marlinlər, xüsusən də çubuqla tutulduqda çaxnaşırlar və kəskin burunları ilə ciddi xəsarətlərə səbəb ola bilərlər. 

Tarixdə bəzi hallarda bu balıqların qayıqlara atılaraq xəsarət alması göstərilir. Buna görə də, marlin ovu ilə məşğul olan balıqçılar diqqətli olmalı və bu balığın gücünü və sürətini yanlış qiymətləndirməməlidirlər.

Mənbə: Evrimagaciofficcial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et