Bu gün:

Nəhəng qarışqa yeyənlər


Nəhəng qarışqa yeyənlər (Myrmecophaga tridactyla) bənzərsiz anatomiyası ilə diqqəti cəlb edir. Onların ən fərqli xüsusiyyətlərindən biri uzun, boru şəklində başları və dişsiz ağızlarıdır. Ağızları ov tutmaq üçün deyil, uzun və yapışqan dillərini qarışqa yuvasına soxmaq üçün təkamül etmişdir. Bu dillər 60 sm-ə qədər uzana bilir və dəqiqədə 150 dəfəyə qədər sürətlə irəli-geri hərəkət edərək qarışqaları və termitləri tuta bilir.

Bundan əlavə, nəhəng qarışqa yeyənlərin güclü ön ayaqları və uzun, əyri pəncələri var. Bu pəncələr sərt termit kurqanlarını və qarışqa təpələrini parçalamaq üçün istifadə olunur. Ancaq bu böyük pəncələr səbəbiylə yeriyərkən çəkilərini ayaqlarının yan tərəflərinə köçürürlər ki, bu da onlara özünəməxsus yeriş tərzi verir.

Onların nəhəng quyruqları həm bədən istiliyini saxlamağa, həm də özlərini kamuflyaj etməyə xidmət edir. Bütün bu anatomik xüsusiyyətlər nəhəng qarışqa yeyənlərin sərt ov mühitlərinə gözəl uyğunlaşdıqlarını göstərir.


Mənbə: Evrimagaciofficcial.

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et