
Bəli, meymunlar bananı sevirlər, amma xalq arasında şişirdilmiş qədər deyil. Banan meymunların təbii yaşayış yerlərində olan qida mənbəyi deyil.
Bundan əlavə, banan yeyən meymunlar insanlar arasında daha çox diqqət çəkir, çünki insanlar meymunları ev heyvanı kimi saxlamağa və ya zooparklarda sərgiləməyə başladıqca, biz onların banan kimi meyvələri yeməsinə tez-tez rast gəlməyə başlayırıq. 20-ci əsrin əvvəllərində kino və karikatura sənayesinin yüksəlişi ilə meymunlar tez-tez bananlarla birlikdə təsvir olunmağa başlayıb. Xüsusilə, 1930-1940-cı illərdə məşhurlaşan cizgi filmlərində tez-tez meymunların bananlarla komik münasibətləri təsvir edilirdi. Məsələn, məşhur “Tarzan” filmlərində və ya “Kinq Konq” kimi prodüserlərdə tez-tez istifadə olunurdu. Bundan əlavə, cizgi filmlərində sürüşmə səhnələrində banan və ya banan qabığının arxasınca qaçan meymunların istifadəsi bu iki elementi mədəni cəhətdən daha da yaxınlaşdırdı.
Mənbə: Evrimagaciofficcial
Tərcümə etdi: Günay Məmmədova
