Rusiyanın Kosmik Agentliyi Beynəlxalq Kosmik Stansiyanın Rusiya bölməsində dörd çat və 50-yə yaxın riskli sahə aşkar edib və bu, NASA-nı problemi ən yüksək risk səviyyəsində təsnif etməyə və fövqəladə vəziyyət zamanı astronavtların necə evakuasiya ediləcəyini araşdırmağa sövq edib.
Kosmik agentliyin bildirdiyinə görə, NASA çatlardan o qədər narahat olub ki, rəsmilər kiçik hissəni möhürləmək və lyuku yalnız kritik əməliyyatlar zamanı açıq saxlamaq üçün rusiyalı həmkarları ilə razılaşma əldə ediblər.

Lyuk açıq olduqda, NASA astronavtları kosmik stansiyanın ABŞ tərəfində qalırlar ki, onları evakuasiya etməyə məcbur edəcək fövqəladə vəziyyət zamanı kosmik gəmilərinə yaxın ola bilsinlər.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
