Bu gün:

2024-cü il Nobel Sülh Mükafatının qalibi məlum olub


2024-cü il Nobel Sülh Mükafatı Yaponiyanın "Nihon Hidankyo" təşkilatına "nüvəsizləşdirmə" sahəsində fəaliyyətinə görə verilib.

Norveçin paytaxtı Osloda Norveç Nobel İnstitutunda keçirilən mətbuat konfransında, 2024-cü il Nobel Sülh Mükafatı qalibinin adı açıqlanıb.

Burada edilən bəyanatda, Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların yaratdığı “Hibakuşa” kimi də tanınan bu kütləvi hərəkatın “sərbəst bir dünyaya çatmaq üçün göstərdikləri səylərə görə” mükafata layiq görüldüyü bildirilib. 

Açıqlamada, Nihon Hidankyo üzvlərinin atom bombası hücumlarından sonra nüvə silahının istifadəsinin dağıdıcı humanitar nəticələri haqqında məlumatlandırmaq üçün yorulmadan çalışdıqları və zaman keçdikcə nüvə silahının istifadəsini vurğulayan güclü beynəlxalq normanın formalaşdığı bildirilib.

Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxan “Hibakuşa”nın ifadəsinin bu mənada bənzərsiz olduğu qeyd edilib.

Bəyanatda bu şahidlərin öz təcrübələri əsasında maarifləndirici kampaniyalar yaratdığı, nüvə silahının yayılmasına və istifadəsinə qarşı xəbərdarlıq edildiyi qeyd edilərək, bu şəxslərin bütün dünyada nüvə silahına qarşı geniş müxalifətin formalaşmasına və möhkəmlənməsinə kömək etdikləri vurğulanıb.

Açıqlamada davam edən müharibə və qarşıdurmalarda nüvə silahının istifadəsinə qarşı təhdidlərin olduğu vurğulanıb və mükafatın dünyanı bu silahlardan təmizləməyi hədəfləyən bu təşkilata xatırlatmaq məqsədilə verildiyi bildirilib. 

2023-cü il Nobel Sülh Mükafatını "məzlum qadınlar uğrunda mübarizəsinə görə" İranda həbsdə olan iranlı fəal Nergis Muhammedi alıb.

Bəyanatda bildirilib ki, builki mükafatı Nihon Hidankyoya verməklə komitə sülhü qorumaq və nüvə silahı olmayan bir dünya üçün çalışmağı seçənləri şərəfləndirməyi hədəfləyir.

ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası atmasının 79-cu ildönümü

ABŞ tarixin ilk atom bombasını 6 avqust 1945-ci ildə Xirosimaya atıb, şəhərin 90 faizi dağıdılıb və 80 min insan dərhal həyatını itirib. Üç gün sonra Naqasakiyə atom bombası atılıb və ən azı 40 min insanın dərhal öldüyü bildirilib.

Atom bombasının sonrakı təsirləri nəticəsində, əksəriyyəti mülki vətəndaş olmaqla təxminən 110 min insanın həyatını itirdiyi təxmin edilir. Sonrakı aylarda və illərdə rayonda radiasiya ilə bağlı xəstəliklərdən ölüm halları davam edib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et