Bu gün:

Cənubi Afrikada baş verən yol qəzasında 8 nəfər ölüb


Cənubi Afrika Respublikasının KvaZulu-Natal əyalətində baş verən yol qəzasında ilkin məlumata görə, 8 nəfər həyatını itirib.

SABC dövlət televiziyasının xəbərinə görə, əyalətin şimalındakı Mandeni bölgəsi yaxınlığında N2 şosesində minik avtomobili ilə yük maşını toqquşub.

Qəzada avtomobildə olan 8 nəfər həlak olub. Ağır yaralanan yük maşını sürücüsü xəstəxanaya aparılıb.

Qəzadan sonra N2 avtomobil yolunun bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et