Saçınızı boyamaq, görünüşünüzdə sürətli dəyişiklik yaratmağın ən asan yollarından biridir. Ancaq bu proses yalnız salona gedib və ya boya alıb saç rəngini dəyişdirməklə bitmir. Saçınızı boyamadan əvvəl mütləq nəzərə almalı olduğunuz 5 vacib amili təqdim edirik.
Saç boyası saç telləriniz üzərində işləyən kimyəvi bir prosesdir. Saçlarınız əvvəldən zədələnibsə, boya saçınızın vəziyyətini daha da pisləşdirəcək. Əgər saçqıranınız varsa və ya saçlarınız ümumiyyətlə qurudursa və zədələnibsə, bu, boyama prosesindən sonra daha aydın görünə bilər.
Saçınızın hazırkı rəngi ilə planlaşdırdığınız rəng arasında böyük fərq varsa, istədiyiniz nəticəni bir anda əldə etmək çətin ola bilər. Xüsusilə tünd rənglərdən açıq rənglərə keçmək üçün saçı bir neçə dəfə boyamaq lazım ola bilər.
Saç boyalarının qalıcılığı seçdiyiniz boya növünə görə dəyişir. Əgər kökdən rəng dəyişikliyini düşünürsünüzsə, saçınızı boyamadan əvvəl müvəqqəti boya ilə istədiyiniz rəngi sınaqdan keçirə və öyrəşmə prosesində özünüzü yaxşı və rahat hiss edib-etmədiyinizi müşahidə edə bilərsiniz. Beləliklə, istədiyiniz rəng və onun sizə uyğun olub-olmaması barədə daha dəqiq bir fikrə sahib olacaqsınız.
Saçınızı boyadıqdan sonra gündəlik qulluq vərdişlərinizə xüsusi diqqət yetirməlisiniz. Boyanmış saçlar kimyəvi maddələrə görə daha həssas hala gəlir, zədələnmə ehtimalı yüksək olur və xüsusi qulluq rejimi tələb olunur. Rəng qoruyan şampunlar və sıx nəmləndirici maskalar bu prosesdə sizə dəstək olacaq.
Saçınızı boyamadan əvvəl təbii tonunuza qayıtmağın çətinliyini də düşünün. Xüsusilə qızıl və ya qırmızı saç rəngini planlaşdırırsınızsa, bu rənglərin axması və axıcı rəng keçidini təmin etmək çox vaxt çətin ola bilir. Saçınızın təkrar sağlam və təbii görünüşünü bərpa etməsi isə uzun bir proses ola bilər.
Mənbə: instyle.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
