Bu gün:

İtaliyada möhtəşəm toy


Stranger Things filminin ulduzu Millie Bobby Brown və Jake Bongiovi keçən may ayında gizli şəkildə evlənmişdilər. Oktyabrın 2-də İtaliyada bir toy daha edən məşhur cütlük xoşbəxt fotolarını izləyiciləri ilə bölüşüb.

"Stranger Things" və "Enola Holmes" kimi istehsallarla tanınan britaniyalı aktrisa Millie Bobby Brown və bir müddətdir görüşdüyü Ceyk Bonqiovi 2023-cü ilin aprelində evliliyə ilk addımı nişanlanaraq atıblar. Millie Bobby Brown və Jake Bongiovi nişanlandıqdan bir il sonra heç kimə demədən evləniblər. Bon Jovi qrupunun solisti Jon Bon Covi cütlüyün gizli nikahını təsdiqləyib: "Onlar möhtəşəm idi. Çox kiçik bir ailə toyu idi. Gəlin mükəmməl idi, Ceyk bacardığı qədər xoşbəxt idi".

Oktyabrın 2-də İtaliyada toyu olan məşhur cütlük fotoları izləyiciləri ilə bölüşüb. Məşhur aktyor paylaşdığı toy fotolarına “Sonsuza qədər və həmişə, sənin həyat yoldaşın” yazısını qeyd edib.


Mənbə: mhtkulup.haberturk.com

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et