Bu gün:

Zərərli olduğunu söylədilər, ancaq yaddaşı gücləndirir


Uzun illərdir mövcud olan ümumi bir fikrə görə, qara şokoladın tərkibindəki yüksək kofein tərkibi, ürək ritminin pozulması, yuxusuzluq və əsəbilik kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Lakin britaniyalı professor Tim Spector bu məlumatın həqiqəti tam əks etdirmədiyini deyib. 

Tünd şokoladın bağırsaq və beyin sağlamlığı üçün çox faydalı olduğunu ifadə edən Tim Spector, keyfiyyətli tünd şokoladın bir dilim taxıl çörəyi ilə eyni miqdarda lif ehtiva etdiyini açıqlayıb. Spector-a görə, tünd şokolad bədəndəki iltihabı da azaltmağa kömək edir.

Tim Spector, bitkilərdə təbii olaraq meydana gələn və antioksidan xüsusiyyətlərə malik birləşmələr qrupu olan polifenolların tünd şokoladda yüksək miqdarda olduğunu söyləyib. Polifenollar qan təzyiqi səviyyələrini idarə etməyə və ürək sağlamlığını qorumağa kömək edir.

Tünd şokoladın yaddaşa da müsbət təsir etdiyini bildirən ingilis professor, Alzheimer xəstəliyinin riskini azaltmaq üçün tünd şokoladın müntəzəm qəbul edilməsinin lazım olduğunu vurğulayıb.

Ancaq tünd şokolad qəbulunun sağlamlıq üçün mümkün riskləri barədə mütəxəssislə məsləhətləşmək faydalıdır.


Mənbə: ntv.com.tr

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et