Bu gün:

Qəzzada ölənlərin sayı 42 min 65-ə yüksəlib


İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 55 nəfər artaraq 42 min 65 nəfərə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 370 gündür Qəzza zolağında həyata keçirdiyi soyqırımla bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “5 qırğın”da 55 nəfərin öldüyü, 166 nəfərin yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 42 min 65-ə, yaralıların sayının isə 97 min 886-ya yüksəldiyi qeyd edilib.

Bəyanatda, həmçinin, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et