Cənubi Koreyalı yazıçı Han Kanq "poetik nəsrinə görə" 2024-cü il ədəbiyyat üzrə Nobel mükafatını qazanıb.

İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında 2024-cü il ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan edilib.
Açıqlamaya görə, Cənubi Koreyalı yazıçı Han Kanq bu mükafata “tarixi travmalarla üzləşən və insan həyatının kövrəkliyini üzə çıxaran gərgin poetik nəsri”nə görə layiq görülüb.
2024-cü il ədəbiyyat üzrə Nobel Mükafatı laureatı olan Hanın digər əsərləri arasında "Vegetarian", "Ağ kitab", "İnsan hərəkətləri" və "Yunan dərsləri" kimi dünyaca məşhur romanlar var.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
