Avropa ölkələrinin paytaxtlarında küçələrdə kimsəsiz insanları görmək demək olar ki, adi hala çevrilsə də, kimsəsiz uşaqların sayı da qorxulu rəqəmlərə çatıb.

Brüsseldə yerləşən Evsizlərlə İşləyən Avropa Milli Təşkilatları Federasiyası (FEANTSA) və Parisdə yerləşən Abbe Pierre Vəqfi tərəfindən aparılan hesabata görə, 399 min 561 uşağın İngiltərə və Avropa Birliyi (AB) ölkələrində sığınacaq evi yoxdur.
Bu uşaqlar “fövqəladə sığınacaqlarda” qalmağa məcburdurlar, təxminən 14,5 milyon uşaq isə sızma, nəm təməlli və ya kif olan qeyri-standart mənzillərdə yaşayır.
Hesablamalara görə, AB ölkələrində yetkinlik yaşına çatmayanların dörddə biri və 6 yaşınadək uşaqların beşdə birindən çoxu izdihamlı mənzillərdə yerləşdirilir.
Avropa ölkələrinin paytaxtlarının demək olar ki, hər küçəsində rast gəlinən milyondan çox evsiz insan arasında olan uşaqlar da təhsil və səhiyyə xidmətlərindən istifadə etməkdə çətinliklərlə üzləşir və etibarsız gələcəklə üz-üzə qalırlar.
Abbe Pierre Fondunun Avropa Layihə Meneceri Sarah Coupechoux və FEANTSA Kommunikasiyalar üzrə Mütəxəssisi Rocio Urias Martinez Avropada evsiz uşaqların sayının artması ilə bağlı açıqlamalar veriblər.
"Uşaqlar pis şəraitdə həyata başlayır"
Hesabatda müəyyən edilən rəqəmin “böyük sürpriz olmadığını” deyən Kupeçu “həm bu rəqəm, həm də uşaqların inkişafı və gələcəyi üçün yaxşı olmayan şəraitdə yaşaması bizi həqiqətən də narahat edir”,- deyib.
Onlar səhiyyə və təhsildən yararlana bilmirlər
Evsiz uşaqların astma və allergiya kimi xəstəliklərlə sağlamlıq xidmətlərinə müraciət edə bilmədikləri üçün mübarizə apardıqlarını qeyd edən Coupechoux, "Onlar üçün sağlamlıq əldə etmək həqiqətən çətindir, çünki bəzən bunun üçün rəhbərliyə ehtiyacları var və bu pulsuz deyil",- deyib.
Coupechoux uşaqların təhsil də daxil olmaqla digər əsas hüquqlarla yanaşı, səhiyyə xidmətlərinə də çatmaqda çətinliklərlə üzləşdiyinə diqqət çəkərək, bəzilərinin, ümumiyyətlə, məktəbə gedə bilmədiyini bildirib.
Digər tərəfdən, Coupechoux, evsiz qalan və ya qeyri-kafi mənzil şəraiti olan uşaqların vəziyyəti ilə bağlı kifayət qədər məlumat olmadığını ifadə edərək, “Bu uşaqlara nə baş verdiyini bilmək və onların əsas hüquqlarına Avropada hörmət edildiyini və onların təhsil almaq imkanlarının olduğundan əmin olmaq həqiqətən vacibdir”,- deyib.
Yaşayış xərclərinin artması mənzil böhranına səbəb olub
Avropada təkcə uşaqlar deyil, hər yaşdan evsizlərin sayında artım olduğunu ifadə edən Coupechoux, evsizlik probleminin təşkilati və sistemli səbəbləri olduğuna diqqət çəkib.
Coupechoux əsas səbəbləri qeyri-adekvat mənzil ehtiyacları, artan bərabərsizliklər, artan yoxsulluq və insanların yaşayış xərclərini ödəyə bilməməsi kimi sadalayıb.
Coupechoux, xüsusilə COVID-19-dan sonra inflyasiyanın və enerji qiymətlərinin artmasına səbəb olan enerji böhranının Avropadakı mənzil böhranını gücləndirdiyini ifadə edərək, bütün Avropada mənzil qiymətlərinin artdığını və insanların ev tapmaqda çətinlik çəkdiyini bildirib.
Avropaya sığınan müşayiətsiz uşaqların “evsiz qalma ehtimalı daha çoxdur”
FEANTSA-dan Rocio Urias Martinez, yüz minlərlə kimsəsiz uşağın pis şəraitdə sığınacaqlarda qalmağa məcbur olduğunu ifadə edərək, "Belə şəraitdə yaşamaq uşaqların sağlamlığına, təhsil imkanlarına və ümumi inkişafına ciddi təsir edir. Evsizliyin qeyri-sabitliyi və pis mənzil şəraiti uşaqların fiziki və psixi sağlamlığına təsir göstərir. Bu, onların sağlamlığına, təhsil almaq və məktəbdə uğur qazanmaq qabiliyyətinə və gələcək perspektivlərinə uzunmüddətli zərərli təsir göstərə bilər".
Təhsil kimi səhiyyə xidmətlərinə çatmaqda da problemlərin olduğunu və bu vəziyyətin uşaqlarda astma kimi xroniki xəstəliklərə səbəb olduğunu ifadə edən Martinez, “Sabit həyat şəraitinin olmaması onların rutin tibbi yardım almasını çətinləşdirə bilər”.
“Evsiz uşaqlar” problemi Avropada həyəcan yaradır
Martinez, evsizlik problemi ilə mübarizə üçün tədbirlərin görülməli olduğunu, evsiz uşaqlar və onların ailələrinin təcili ehtiyaclarını ödəyən mənzil şəraitinin təmin edilməsinin vacibliyini müdafiə edib.
Avropaya sığınacaq üçün müraciət edən müşayiətsiz uşaqların “evsiz qalma ehtimalının daha yüksək olduğu” tapıntısını paylaşan Martinez, bu müşayiətsiz uşaqların bir çoxunun uzunmüddətli və uşaq mərkəzli mənzil siyasətinin olmaması səbəbindən müvəqqəti sığınacaqlarda və ya qeyri-kafi mənzil şəraitində qaldığını vurğulayıb.
Martinez, 18 yaşına çatdıqda evsiz və ya iş imkanları olmayan sığınacaqlarda müşayiətsiz qalan uşaqların bu qurumlardan çıxarılmasının da müxtəlif problemlər yaratdığını qeyd edərək, "Bu ani keçid onların küçələrdə qalmasına səbəb ola bilər",- deyib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
