Yeni Zelandiyanın müdafiə naziri ölkənin donanma gəmilərindən birinin batmasında qadın kapitanın cinsinin günahkar olduğunu irəli sürən “kreslo admirallarını” tənqid edib.

HMNZS Manawanui şənbə günü gecə rifi araşdırarkən Samoanın Upolu adasından bir dəniz mili məsafədə quruya çıxdı. Daha sonra alovlanıb və çevrilib .
Yeni Zelandiya Müdafiə Qüvvələrinin açıqlamasında bildirilir ki, göyərtədəki 75 nəfərin hamısı xilasedici qayıqlara köçürülüb və bazar günü səhər saatlarında xilas edilib.
Hazırda rəsmilər hadisənin səbəblərini araşdırır və dağıntıların ətraf mühitə vura biləcəyi zərəri qiymətləndirirlər.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
