İnsan hüquqları müdafiəçisi və Robert Kennedinin dul arvadı Ethel Kennedi 96 yaşında vəfat edib.

Ailə üzvü dedi ki, Amerikanın ən məşhur siyasi sülalələrindən birinin matriarxı, bir həftə əvvəl insult keçirərək çərşənbə günü vəfat edib.
Onun nəvəsi Joe Kennedy, "möcüzəli nənəmizin" vəfatını elan etmək üçün onlayn bir bəyanat yayımladı.
1968-ci ildə Demokratlar Partiyasından prezidentliyə namizəd Los-Ancelesdəki otelin mətbəxində güllələnərkən o, əri Robert Kennedinin yanında idi. Beş il əvvəl onun qaynı, prezident Con Kennedi Dallasda, Texasda sui-qəsd nəticəsində öldürülüb.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
