Bu gün:

Qrenlandiyadakı meqa sunami 2023-cü ilin seysmik sirrindən çıxdı


Keçən ilin sentyabrında bütün dünyada sensorlar tərəfindən qeydə alınan seysmik siqnal bir müddət sirr olaraq qaldı. Araşdırmada izlər Atlantik okeanının şimalında yerləşən Qrenlandiyaya işarə edib.

Adanın Dikson Fjordunda baş verən böyük sürüşmə doqquz gün ərzində "Yer kürəsini silkələyən" dalğaya səbəb olub. 1200 metr hündürlükdə olan dağın zirvəsi, yamacda əriyən buzlaqın daha yükü daşıya bilməməsi nəticəsində çöküb.  

Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi səbəbindən Qrenlandiya dağlarını dəstəkləyən buzlaqların əriməsi oxşar sürüşmələrin daha tez-tez baş verməsinə səbəb olub. 9 gün davam edən seysmik sirr beynəlxalq alimlər qrupu və Danimarka Hərbi Dəniz Qüvvələrinin əməkdaşlığı ilə açılıb.

Detektiv iş kimi tədqiqatın nəticələri Science jurnalında dərc olunub.

Londondakı UCL-in akademiki Dr Stephen Hicks xatırlayır ki, ilk dəfə aşkar edildikdə seysmik siqnallar zəlzələlərə bənzəmirdi. Danimarka və Qrenlandiya Milli Geoloji Tədqiqat Xidmətinin (GEUS) baş tədqiqatçısı Dr.Hiks izah edir: “Biz onu “naməlum seysmik obyekt” adlandırdıq”. Kristian Svenneviq bildirir ki, oxşar hadisələr Arktika regionunda getdikcə daha çox yayılmış hadisəyə çevrilir.

BBC-yə danışan Svenneviq, "Xüsusilə Qrenlandiyada nəhəng sunamilərə səbəb olan sürüşmələrin artmasının şahidi oluruq" deyir. Dr.Hicks Dickson Fjorddakı sürüşmə haqqında deyir: "Bu, bəlkə də ayağımızın altındakı qabığa təsir edən iqlim dəyişikliyi hadisəsinin ilk nümunəsidir".

Mənbə: bbc news türkçe

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et