Bu gün:

Kişilər keçəlləşməyə başlayanda, qadınlar niyə eyni problemi yaşamırlar?


Elmi olaraq androgenetik alopesiya kimi tanınan kişi tipi saç tökülməsi genetik bir xüsusiyyətdir və birdən çox genin təsiri altında baş verir. Araşdırmalar kişilərdə saç tökülməsi riskini artıran bəzi gen variantlarını müəyyən edib.

Androgen reseptorunun əsas funksiyası kişi hormonları kimi tanınan testosteron və dihidrotestosteron (DHT) kimi hormonları aşkar etməkdir.

DHT saç köklərinin kiçilməsinə və zamanla saçların incəlməsinə səbəb olur ki, bu da kişi tipi saç tökülməsinin əsas mexanizmini təşkil edir.

Kişilər X xromosomunu analarından, Y xromosomunu isə atalarından alırlar. Buna görə də kişilər analarından keçəlləşmə riskini daşıyan genləri alma ehtimalı daha yüksəkdir. 

Qadınlar üçün vəziyyət fərqlidir. Onların iki X xromosomu olduğu üçün, biri keçəllik genini daşımadıqda, digər xromosom bu təsiri tarazlaşdıra bilər.

Qadınlar da testosteron və DHT istehsal edirlər, lakin bu hormonlar kişilərə nisbətən daha aşağı səviyyədədir. Üstəlik, qadınlarda saç köklərini qoruyan estrogen və progesteron hormonları daha yüksək səviyyədədir.

Bu hormonlar saç köklərinin sağlam və funksional saxlanmasında mühüm rol oynayır. Qadınlar tez-tez menopoza girəndə bu hormonların səviyyəsinin azalması ilə qarşılaşırlar ki, bu da saç tökülməsinə səbəb ola bilər.

Həm kişilər, həm də qadınlar yaşlandıqca saç tökülməsi ilə qarşılaşa bilərlər. Yaşlandıqca saç köklərində qan axını azalır, bu da incə saç tellərinə səbəb ola bilər.

Bundan əlavə, stress və həyat tərzi seçimləri də saç tökülməsinə təsir edən mühüm amillərdir. Xüsusilə yüksək səviyyədə stress saç tökülməsinə səbəb ola bilər. Siqaret çəkmək, həddindən artıq spirt qəbulu və düzgün qidalanmamaq da saç sağlamlığına mənfi təsir edən amillər arasındadır.

Mənbə: onedio.com

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et