Bu gün:

NASA bu günə qədər Marsın ən aydın görüntüsünü yayımlayıb


NASA "Perseverance" roverinin köməyi ilə Marsın bu günə qədər ən aydın görüntüsünü paylaşıb. Qədim göl yatağının qurumuş qalıqları üzərində tünd-göy rəngli, kələ-kötür vulkanik bazalt süxurları tapılıb.

NASA bu günə qədər Marsın ən aydın görüntüsünü yayıb və planetin landşaftında mavi qayalar müşahidə edilib.

Görüntülər planeti tədqiq edən Perseverance rover tərəfindən çəkilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qədim göl yatağının qurumuş qalıqlarının üstündə tünd-göy rəngli, kələ-kötür vulkanik bazalt qayaları tapılıb.

NASA qayaları milyardlarla il əvvəl qədim gölün mövcud olduğu güman edilən Jezero kraterindəki qayalı ərazidə "Washburn Mountain" adlanan yerdə tapıb.

"Washburn Mountain" adı Yellowstone Milli Parkındakı bir dağın şərəfinə qayalıq əraziyə verilib.

Kəşfiyyat maşını mavi qayalıq ərazidə ağ zolaqlı qayaya rast gəlib.

Perseverance elmi qrupu qaranlıq ləkələri olan açıq tonlu qayaya "Atoko Point" adını verib.

Mavi qayalar ilk növbədə Mars relyefinə xas olan vulkanik bazaltdan ibarət olsa da, NASA belə nəticəyə gəlib ki, "Atoko Point" Marsda heç vaxt sənədləşdirilməmiş silisiumla zəngin vulkanik qaya olan anortozitdən ibarətdir.

Bu qaya tipinin mövcud olduğu nəzəriyyəsi irəli sürülüb, lakin Mars mənzərəsində heç vaxt görülməyib.

Mənbə: NTV Türkiyə

Tərcümə etdi: Fidan Fərmanlı

Paylaş
Şərh əlavə et