Bu gün:

Sənət əsərlərini zibil hesab edib atdı


Hollandiyada muzey işçisi sərgilənən sənət əsərlərini atıb. İşçi ilk baxışdan atılıb əzilmiş kimi görünən bu içki qablarının əslində sənət əsəri olduğunun fərqinə varmayıb.

Hollandiyadakı LAM Muzeyinin yeni əməkdaşı fransız rəssam Alexandre Lavetin, ilk baxışdan atılmış və əzilmiş kimi görünən “All The Good Times We Spent Together” adlı içki qablarını atıb.

Muzeyin sözçüsü Froukje Buddinq əsərlərin tez-tez qeyri-adi yerlərdə sərgiləndiyini, ziyarətçiləri təəccübləndirdiyini izah edərək, sözügedən əsərin bu səbəbdən liftdə sərgiləndiyini bildirib.

Muzeydən verilən açıqlamada Kurator (muzey direktoru) qutuların əskik olduğunu görəndə geniş axtarışlar başladıb. Kurator Elisah van den Bergh, nəhayət, sənət əsərini atılmağa hazır zibil torbasında tapıb.

Möcüzə nəticəsində hər iki qutu bütöv tapılıb.

“Onlar təmizlənərək muzeyin girişindəki müvəqqəti fəxri yerə qoyulub və indi burada ənənəvi postamentdə nümayiş etdirilir”.

Mənbə: NTV Türkiyə

Tərcümə etdi: Fidan Fərmanlı

Paylaş
Şərh əlavə et