Bu gün:

Hamilton Met Gala-da iştirak edəcək


Metropolitan İncəsənət Muzeyi 2025-ci ilin may ayında keçiriləcək Met Gala-nın həmsədrlərini açıqlayıb.

Formula 1 pilotu Lyuis Hamilton, aktyor Kolman Dominqo, musiqiçi A$AP Rocky, Louis Vuitton Kişi Geyiminin kreativ direktoru Pharrell Williams və Vogue jurnalının məşhur redaktoru Anna Vintur tədbirə həmsədrlik edəcəklər.

NBA-nın əfsanəsi LeBron Ceyms fəxri prezident vəzifəsini icra edəcək.

Lyuis Hamilton 2015-ci ildən bəri mütəmadi olaraq Met Gala-da iştirak edir və paddokdakı tərzi ilə moda dünyasının önəmli simasına çevrilib.

Formula 1 padoklarında moda anlayışını dəyişdirən Hamilton tez-tez treklərə məşhur moda evlərinin xüsusi dizaynları ilə gəlir və moda nümayişlərində ön sıralarda olur.

Moda həvəsi ilə tanınan Hamiltonun 2025 Met Gala həmsədrliyi onun moda və idman dünyaları arasında körpü rolunu daha da gücləndirir.

2025 Met Gala Anna Vinturun sədrliyi ilə 5 may 2025-ci ildə Nyu Yorkda keçiriləcək. Tədbirin geyim kodu 2025-ci ilin əvvəlində açıqlanacaq. “Superfine: Tailoring Black Style” sərgisi 2025-ci il mayın 6-dan oktyabrın 26-dək ziyarətçilər üçün açıq olacaq.


Mənbə: Motorsport

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et