
Bu barədə şəxsi "Instagram" hesabından paylaşım edən Lionel Messi yeni brendin təqdimatını edib.
"İlk ətirimi təqdim etməkdən çox məmnunam. O, dünyanın aparıcı ətir pərakəndə satış mağazalarında var. Ümid edirəm ki, bəyənəcəksiniz", - argentinalı başlıq olaraq yazıb.
Leo Messi Eau De Parfum (100 ml) 105 dollar, hədiyyə dəsti isə 120 dollardır.
Qeyd edək ki, bu bizneslə Kriştiano Ronaldo 2014-cü ildən bəri məşğuldur.
Mənbə: Tribuna.com
Tərcümə etdi: Məhəmməd Qasımov
