Bu gün:

Klopp üçün rəsmi açıqlama


Ən son İngiltərə komandası Liverpulun baş məşqçisi olmuş Yurgen Klopp Red Bull-un qlobal futbol direktoru təyin edilib.

Red Bull-un verdiyi açıqlamada Kloppun yeni vəzifəsinə 2025-ci il yanvarın 1-dən başlayacağı bildirilib.

Kloop Red Bull-a məxsus RB Leipzig (Almaniya), Red Bull Salzburg (Avstriya), New York Red Bulls (ABŞ) və Red Bull Bragantino (Braziliya) komandaları ilə oyun fəlsəfəsi, transfer strategiyası və idman direktoru və Məşqçiliyin inkişafı ilə bağlı məsləhətlər verəcəyi bildirilib.

Yurgen Klopp yeni vəzifəsi ilə bağlı verdiyi açıqlamada, "25 ilə yaxın kənarda işlədikdən sonra belə bir layihədə iştirak etməkdən daha həyəcanlı ola bilməzdim. Rolum dəyişdi, amma futbola olan həvəsim və bizdə olan inanılmaz futbol istedadını inkişaf etdirmək və dəstəkləmək hələ də eynidir",- deyə bildirib.

Klopp 2015-2024-cü illər arasında çalışdığı "Liverpul"la iki dəfə İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu, İcma Qalxanını, UEFA Super Kubokunu və FIFA Klublararası Dünya Kubokunu qazanıb.

Məşqçilik karyerasına 2001-ci ildə başlayan 57 yaşlı məşqçi ölkəsinin “Maynts” və “Borussiya Dortmund” komandalarında da çalışıb. Yurgen Klopp da Borussia Dortmund ilə iki dəfə liqa çempionu olub.


Mənbə: TRT Haber

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et