Bu gün:

Alfa Romeonun yeni modeli müzakirələrə səbəb olub


İtaliyanın lüks avtomobil istehsalçısı Alfa Romeo hökumətlə müzakirələrdən sonra "Milano" modelinin adını dəyişərək "Junior" adlandırıb.İtalyan avtomobil nəhəngi Fiat-ın varisi olan Alfa Romeo markası keçən həftə yeni SUV modelini təqdim etdikdən sonra hökumətin reaksiyası ilə üzləşib.Yaydan sonra satışa çıxarılacağı gözlənilən elektrik və hibrid yolsuzluq avtomobili "Milano"nun Polşada istehsalı hökumətdən sərt tənqidlərə məruz qalıb.

Sağçı koalisiya hökumətinin ticarət naziri və “Made in Italy” Adolfo Urso keçən həftə Polşadakı Tychy fabrikində istehsal edilən avtomobillə bağlı “Milan adlı avtomobil Polşada istehsal edilə bilməz”,- deyib. Qanuna zidd olaraq günlərdir davam edən Stellantis'in adının dəyişdirilməsinə qərar verdiklərini bildirən şirkət, "Milan adının olmasına baxmayaraq bütün qanuni tələblərə cavab verir və yeni bir avtomobilin adından daha vacib aktual problemlərin olduğunu nəzərə alaraq, Milanın adını Alfa Romeo Junior olaraq dəyişdirmək qərarına gəldik." Şirkət bu qərarı "gərginliyi azaltmaq və sülh mühiti təmin etmək" üçün qəbul etdiklərini açıqlayıb.

Mənbə: bbc news türkçe

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et