
Helmut Marko deyir ki, Maks Verstappen uzun illər Alonso və Hamilton kimi yarışmağı planlaşdırmır.
Red Bull-un 2025-ci il pilot siyahısı haqqında danışarkən Red Bull Motor İdmanları üzrə müşaviri Helmut Marko Maks Verstappenlə yanaşı gənc istedad görmək istədiyini bildirib.
Marko Verstappenin Alonso və Hamilton kimi karyerasını 40 yaşına qədər uzatmaq fikrində olmadığını bildirib və holland pilot üçün vacib olanın kef almaq olduğunu vurğulayıb.
"Maks Alonso və Hamilton kimi deyil",- deyə Helmut Marko bildirib.
"Onlar fiziki cəhətdən rəqabət apardıqca, yarışmağa davam edəcəklər. Maks qalib gəlmək istəyir, lakin onun diqqəti beş və ya altı dünya tituluna deyil.
Onun üçün bu idman növündən həzz almaq və özünü rahat hiss etdiyi mühitdə işləmək daha vacibdir".
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
