Bu gün:

Hamilton Əbu-Dabidə Ferrari kreslosunda otura bilməyəcək


Lyuis Hamilton mövsümün sonunda Əbu-Dabidə keçiriləcək sınaqda Ferrari ilə trasa çıxa bilməyəcək.

Lyuis Hamiltonun mövsümün sonu Əbu-Dabi Qran Prisindən sonra keçiriləcək testlərdə Ferrari ilə trasa çıxmaq şansı yoxdur.

Hamiltonun Mercedeslə ilin sonuna qədər müqaviləsi var və buna görə də Mercedes onun Ferrari üçün sınaq keçirməsinə icazə verməyəcəklərini bildirir.

12 illik əməkdaşlıqdan sonra çoxlu tanıtım və vida tədbirləri təşkil etmək lazımdır. Bu, qətiyyən mümkün deyil.

Hamiltonun Ferrari ilə trasa çıxması böyük həyəcan yaradacaqdı, lakin bu ehtimal olduqca az görünür.


Mənbə: Motorsport

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et