Bu gün:

Yaxın Şərqin zəngin insanlarından böyük tələbat


İstanbulda zeytun ticarəti ilə məşğul olan iş adamı Levent Usluer Gemlik və İznik zeytunlarını qızıl tozuna örtərək Yaxın Şərqin zənginlərinə satır.

İstanbulda yaşayan və 30 ildən artıqdır ki, zeytun ticarəti ilə məşğul olan Levent Usluer yeməli qızılla örtülmüş zeytunu Türk Patent və Ticarət Nişanı İdarəsinin patenti ilə qeydiyyatdan keçirib. Dünyanın ən sağlam qidası olan zeytuna əhəmiyyət vermək üçün zeytunu yeməli qızıl tozu ilə örtən Usluer, tələblərə cavab verməkdə çətinlik çəkir. Xüsusilə Yaxın Şərq ölkələrində və ərəb şeyxlərində diqqət mərkəzinə düşən qızıl üzlü zeytunların 24 ədədi 300 dollara satılır.

“Biz tələbə davam edə bilmirik”

Qızılla örtülmüş zeytun istehsalçısı Levent Usluer, "Biz uzun illərdir Bursansanın Gemlik rayonunda zeytun sektorunda fəaliyyət göstərən bir firmayıq. Uzun AR-GE işlərindən sonra yeməli qızıl örtüklü zeytun istehsal etdik. Zeytun çox qiymətli bir məhsuldur. Zeytuna daha da dəyər qatmağı düşündük. Lazım sənədlərimizi aldıq və patent prosedurlarını tamamladıq. Hazırda xaricdən məhsulumuza çox yüksək tələblər gəlir. Xüsusilə də ərəb ölkələrindən biz buna yetişə bilmirik. Bir qutunu 500 dollara satışa təqdim edirik”- dedi.

Mənbə: Tass

Tərcümə etdi: Arzu İbrəhimova

Paylaş
Şərh əlavə et