Nikol Paşinyan Moskvada olarkən Müstəqil Dövlətlər Birliyinin sammitində iştirak edəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə İrəvanla Moskva arasında siyasi dialoqu aktiv adlandırıb.
“Mən çox şadam ki, bizim siyasi dialoqumuz son bir neçə ayda kifayət qədər aktiv olub. Rusiya baş naziri Aleksey Overçuk bizə səfər etdi, biz təkcə hökumətlərarası komissiyanın iclasını keçirmədik, həm də bütün məsələləri hərtərəfli müzakirə etdik. Oktyabrın əvvəlində biz Aİİ hökumətlərarası şuranın iclasını keçirdik. Tədbir çərçivəsində mən Rusiya hökumətinin başçısı Mixail Mişustinlə əməkdaşlıq məsələlərini müzakirə etdik"- dedi.
Paşinyan Moskvada olarkən Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitində iştirak edəcək. MDB dövlət başçılarının Rusiyanın MDB-yə sədrliyinə yekun vurması və 2025-ci il üçün planlar hazırlaması, təkbətək və geniş tərkibdə danışıqlar aparması, bir sıra sənədlərin imzalanması gözlənilir.
Mənbə: Tass
Tərcümə etdi: Arzu İbrəhimova
