Bu gün:

Böyük Britaniya Ukraynada Rusiya hərbçilərinə sanksiya tətbiq edib


Böyük Britaniya Ukraynadakı döyüş meydanında kimyəvi silahdan istifadə etdiyini iddia etdiyi rus əsgərlərinə sanksiya tətbiq edib.


Rusiyanın Radioloji Kimyəvi və Bioloji Müdafiə qoşunları və onların komandiri general-leytenant İqor Kirillovun aktivləri dondurulacaq və səyahət qadağası qoyulacaq. Rusiya Müdafiə Nazirliyinin iki elmi laboratoriyası da təyin edilib.

Xarici İşlər Nazirliyi bildirir ki, Kirillov həm də Kremlin dezinformasiyasının mühüm ruporudur. ABŞ daha əvvəl Rusiya qüvvələrini Ukraynada təhlükəli kimyəvi maddələrdən, o cümlədən gözyaşardıcı qaz və zəhərli boğucu xloropikrin kimi “iğtişaşlara nəzarət agentləri”ndən istifadə etməkdə ittiham edib.


Mənbə: BBC 

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et