Bu gün Santa Monika çimərliyi 245 akr (1 kv km) qumla üç mildən (4,8 km) çox uzanan dünyanın ən məşhur çimərliklərindən biridir. 2023-cü ildə təkcə Santa Monikanı 4,6 milyon insan ziyarət edib. Amma həmişə belə olmurdu – şəhər rəsmiləri məsələni öz əllərinə almaq qərarına gələnə qədər o qızıl çimərliklər bir vaxtlar qayalı, vəhşi sahil xətti idi.

Ölkənin hər yerində, Sakit okeanda, Los-Anceles çimərlikləri qayalı idi. Bu yaxınlarda Los-Anceles çimərliklərinin tarixi haqqında kitab nəşr etdirən İngiltərədəki Northumbria Universitetinin tarix professoru Elza Devienne, "Şəhər rəsmiləri Santa Monikanı çimərlik şəhərlərindən birini Amerika Rivierasına çevirmək istədi", deyə izah edir. "Santa Monika özünü zəngin və məşhurlar üçün kurort şəhəri kimi göstərmək istəyirdi. Bu çimərlik şəhərlərinin böyük ambisiyaları var idi."
Mənbə: BBC
Tərcümə etdi: Nəzri Süleymanova
