
Windows 10 üçün dəstək müddəti 2025-ci ilin oktyabrında başa çatacaq. Microsoft, Windows 11-i dəstəkləməyən milyonlarla cihazın elektron tullantıya çevriləcəyinə inanır.
Microsoftun Windows 10 üçün dəstək müddəti gələn il başa çatır. Bu, milyonlarla kompüterin zəifliklərə və kiber təhlükələrə qarşı həssas qalması deməkdir. İlk dəfə 2015-ci ildə buraxılan Windows 10 hələ də bir çox insanlar tərəfindən aktiv şəkildə istifadə olunur.
Bununla belə, dəstək bitdikdən sonra cihazlar daha təhlükəsizlik paketləri və ya funksiya yeniləmələrini qəbul etməyəcək. Bu o deməkdir ki, kompüterlər viruslar, zərərli proqramlar və digər kiberhücumlara qarşı həssas olacaq.
Digər tərəfdən, Microsoft istifadəçilərə Windows 11-ə keçməyi və ya "Windows 11-i işlədə bilən yeni cihaz almağı" tövsiyə edir. Ancaq Windows 11-in minimum sistem tələbləri bir çox köhnə kompüterlərin təkmilləşdirilməsinə mane olur.
Xüsusilə, TPM 2.0 təhlükəsizlik çipi tələbi hələ də istifadə edilə bilən bəzi sistemlərin Windows 10-da qalmasına səbəb olur. Buna görə də, istifadə müddəti başa çatmaqda olan kompüterlər üçün təkmilləşdirmə və ya dəyişdirmə məntiqi seçim ola bilər.
Microsoftun açıqlamasına görə, Windows 11-i dəstəkləməyən qurğular yenilənməmiş proqram təminatı səbəbindən köhnələcək. Bu onu göstərir ki, o, lazımsız elektron tullantılar yarana bilər. Rəsmi dəstək 2025-ci ilin oktyabrında sona çatsa da, milyonlarla Windows 10 qurğusunun boşa gedəcəyini söyləmək olar.
Mənbə: shiftdelete.net
Tərcümə etdi: Rəfiqə Rəhimli
