Talker Research for Life Happens tərəfindən aparılan bir araşdırma, Z nəslinin əsl yetkinliyin 27 yaşında başladığına inandığını ortaya qoyub. Digər nəsillərdən 2000 amerikalı ilə aparılan sorğu müasir yetkinliyi müəyyən edən mərhələləri və perspektivləri araşdırıb.
“İndependent” qəzetinin xəbərinə görə, araşdırma Z nəslindən olan bir çox insanların yetkinliyin 18 yaşından başlaması fikrinə qarşı çıxaraq, 27 yaşında başladığına inandığını göstərib.
İştirakçıların əksəriyyəti “yetkinlik”i iqtisadi müstəqillik (45 faiz) və əyləncə (35 faiz) yerinə məsuliyyəti üstün tutmaq ilə əlaqələndirirlər. Digər vacib məqamlara köçmək (46 faiz) və ilk iş tapmaq (28 faiz) daxildir. Ancaq bir çox Z nəslinin üzvləri bu addımları atdıqdan sonra belə özlərini yetkin kimi hiss etmədiklərini bildiriblər.
Sosial normalar dəyişdikcə, yetkinlik artıq dəqiq bir yaşla deyil, şəxsi mərhələlərlə müəyyən edilir. Müstəqillik və sabitlik əsas göstəricilərə çevrilir. Z nəsli gənc yaşda evlənmək, ev almaq və uşaq sahibi olmaq kimi ənənəvi normalara riayət etməkdənsə, emosional tarazlığa, karyeraya və özünü kəşf etməyə üstünlük verir.
Araşdırmaya qatılanların 72 faizi günümüzdəki yetkinliyin keçmiş illərə nisbətən çox fərqli göründüyünü qəbul edir. Bu vəziyyət gənc nəslin əvvəlki dövrlərdə geniş yayılan "hərkəsə uyuşan bir tip" yetkinlik anlayışını daha çox rədd etməsi ilə üst-üstə düşür.
Milli Sığorta və Maliyyə Məsləhətçiləri Assosiasiyasının baş direktoru Kevin Mayeux, bir çox gənclərin təqaüdə çıxmağı planlaşdırmadığına diqqət edərək, bu vəziyyətin onların uzunmüddətli sabitliyinə mənfi təsir göstərə biləcəyini ifadə edib. "Gənclərin təqaüd üçün addım atmaması narahatedicidir. Amma bu addımları atmaq heç vaxt gec deyil",- Mayeux bildirib.
Z nəsli üçün yetkinlik sosial mərhələlərə çatmaqdan daha çox, fərdlərin öz həyatlarını idarə etməkdə güvəndə hiss etmələri ilə bağlıdır. İştirakçıların əhəmiyyətli bir hissəsinin 27 yaşını yetkinliyin "əsl" başlanğıcı kimi təyin etməsi onu göstərir ki, sosial təzyiqlərdən daha çox şəxsi dönüş nöqtələrinin həlledici olması ilə bağlı inam artır.
Nəticədə ekspertlər yetkinlik tərifinin inkişaf etdiyini deyərkən, müstəqillik və təhlükəsizlik istəyinin bütün yaşlarda mühüm bir yerdə qaldığını vurğulayıblar.
Mənbə: ntc.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
