Bu gün:

Madeleine McCann şübhəlisinin zorlama ittihamları yalanlanıb


Üç yaşlı britaniyalı qız Madeleine McCann-in yoxa çıxmasında əsas şübhəli olan Almaniya məhkəməsi əlaqəsi olmayan bir məhkəmədə təcavüz və cinsi zorakılıqdan təmizləndi.


47 yaşlı Kristian Brükner 2000-2017-ci illər arasında Portuqaliyada beş cinayət törətməkdə ittiham olunaraq bəraət alıb. O, artıq Almaniyada zorlama ittihamı ilə yeddi illik həbs cəzasını çəkir.

2007-ci ildə Portuqaliyada yoxa çıxan və heç vaxt tapılmayan Madeleine McCann-ın işində Brüknerə qarşı ittiham irəli sürülməyib.

Prokurorlar Almaniyanın şimalındakı Braunşveyq məhkəməsinə əlavə 15 il həbs cəzası verilməsini tələb etsə də, Brüknerin müdafiə komandası sübut çatışmazlığı səbəbindən onun azad edilməsini tələb edirdi.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et