
Açıq beyin əməliyyatları son dərəcə həssas əməliyyatlardır. Ən kiçik səhv beyində ani və gözlənilməz dəyişikliklərə səbəb ola bilər.
Bəzən bəzi xəstələrin əməliyyat zamanı alətlərdə ifa etdiyini görürük. Məqsəd beyinə edilən müdaxilələrin alətdə ifa qabiliyyətinə təsir etmədiyinə əmin olmaqdır.
Buna "oyanıq kraniotomiya" deyilir. Bu üsul onilliklər ərzində istifadə olunub və hələ də istifadəyə yararlıdır. Ancaq müasir MRT texnologiyası sayəsində fərdlərin beyni əvvəlcədən ətraflı şəkildə xəritələnir və cərrahlar xəstənin beyninin xüsusi detallarını bilərək əməliyyat edə bilirlər.
Bu sayədə millimetrik qərarların verilməsi lazım olan hallarda ümumi beyin anatomiyasına əsaslanan qərarlardan kənara çıxmaq və hər bir xəstənin özünəməxsus beyin xüsusiyyətlərinə əsaslanaraq qərar vermək mümkündür.
Müasir tibb sürətlə “fərdiləşdirilmiş tibb”ə doğru irəliləməkdə davam edir!
Mənbə: Evrimagaciofficcial
Tərcümə etdi: Günay Məmmədova
