Bu gün:

Günəşin üstündə "asılmış" üçbucaqlı reaktiv nədir?



Bu reaktivin forması bir qədər qeyri-adi olsa da, əslində quruluşu baxımından bizə yad deyil. Gördüyümüz bu üçbucaqlı qabarıqlıq təkamül prosesində günəşin qabarıqlığının bir hissəsidir. Günəşin maqnit sahələri ətrafdakı enerjili hissəcikləri bir araya gətirərək onların axınını su yatağı kimi istiqamətləndirir və bəzən bu arada parlayan qazlardan ibarət strukturlar aylarla havada asılı vəziyyətdə qalır. Bu asılmış jetlər çox parlaqdır, çünki onlar əsasən isti, sıx və ya qeyri-şəffaf plazmadan ibarətdir. Beləliklə, bu heyrətamiz üçbucaqlı quruluş, forması bir qədər fərqli olsa da, mahiyyətcə çıxıntıdan başqa bir şey deyil.


NASA-nın Günəş Dinamikası Rəsədxanası tərəfindən aparılan araşdırmada reakrivin təxminən bir gündə əmələ gəldiyi və sürətlə genişləndiyi sənədləşdirilib. 

Bu reaktiv tez bir zamanda günəş fotoqraflarının diqqət mərkəzinə çevrilib. Ümumi görüntüyə baxdığımızda hidrogenin yaydığı qırmızı şüa diqqətimizi çəkir. Aşağıda günəş liflərinin Günəşin xromosferini əhatə etdiyini, arxa planda isə səmanın o qədər zəif qaldığını görürük ki, bu halda ulduzlar görünmür.


Mənbə: Evrimagaciofficcial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et