Bu gün:

Prezident Ərdoğan Putinlə görüşüb


Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Görüşdə Türkiyə-Rusiya ikitərəfli əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Rabitə Müdirliyindən verilən məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Görüşdə Türkiyə-Rusiya ikitərəfli əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyə ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsindən və inkişafından məmnunluq duyduğunu, yüksək səviyyəli siyasi dialoqun davam edəcəyini, həm bölgədəki, həm də regiondakı məsələləri ətraflı müzakirə etməyə davam edəcəklərini bildirib.

Görüş zamanı prezident Ərdoğan Rusiya prezidenti Putini ad günü münasibətilə təbrik edib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə



Paylaş
Şərh əlavə et