Bu gün:

Biləcikdə təkrar emal müəssisəsində yanğın


Biləcikin Bozüyük rayonunda yerləşən təkrar emal müəssisəsində baş verən yanğına müdaxilə edilir.

Yeni Sənaye Sahəsindəki təkrar emal müəssisəsində naməlum səbəbdən yanğın baş verib.

Xəbər verildikdən sonra bölgəyə Bozüyük Bələdiyyəsindən polis və yanğınsöndürənlər sövq edilib.

Polis qrupları ekoloji təhlükəsizliyi təmin edərkən, yanğınsöndürənlər yanğına nəzarət etmək üçün müdaxilə etməyə davam edir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et