Bu gün:

Söhbətə “kökəlmisən?” ilə başlama


Əgər müasir ünsiyyətin qızıl qaydalarından birinə əməl etsəniz, birinin kökəlməsi və ya arıqlaması haqqında nə deyəcəyinizi bilmək asan olar. O da başqasının bədəni haqqında heç vaxt şərh verməməkdir. Təəssüf ki, hamı ünsiyyətin yazılmamış bu qaydasını anlayacaq qədər incəlik göstərmir. Və uzun müddətdir görmədiyi dostuna, tanışına və ya qohumuna, hələ “salam” belə deməmiş, sözə “sən kökəlmisən?” deyə başlaya bilir.


O qədər də xoş olmayan “sən kökəlmisən?” ifadəsi kimə xoş gələ bilər ki?


Texasda qida pozuntusu və bədən imici terapevti olan Cherie Miller müştərilərindən tez-tez bədən haqqında danışdıqlarını eşidir. Miller deyir: “Kökəlməyi pis, arıqlamağı isə yaxşı bir şey hesab edirik, lakin vəziyyət həmişə belə deyil. Danışdığınız şəxs xəstə olduğu üçün kökəlmiş ola bilər, depressiyada ola bilər və ya bir qida pozuntusundan xilas olmağa çalışa bilər. Bəlkə də açıqlamaq istəmədikləri bir vəziyyət üçün qəbul etdikləri dərmanlar səbəbi ilə bir neçə kilo alıblar”. Əsas vacib olanın bunun bilinməsinin mümkün olmadığını və heç kimin işinə aid olmadığını vurğulayır.


Mənbə: haberturk.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et