Adanada keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalı (TEKNOFEST) başa çatıb.

Türkiyə Texnologiya Komandası Vəqfi və Sənaye və Texnologiya Nazirliyinin əsas rəhbərliyi altında, TRT-nin kommunikasiya tərəfdaşı olduğu festival son günündə qonaqlarını qəbul edib.
Oktyabrın 2-də Adana Hava Limanında başlayan festival 5 gün ərzində bir çox elm, mədəniyyət və incəsənət tədbirlərinə ev sahibliyi edib.
Oktyabrın 4-də keçirilən festivala prezident Rəcəb Tayyib Ərdoğan da qatılıb.
Ərdoğan: Biz hər zaman məzlumun, ədalətin tərəfində olacağıq
Özəl və dövlət qurumları tərəfindən açılan stendlərdə inkişaf etdirilən texnologiyalar adanalılara və ətraf əyalətlərdən gələn iştirakçılara təqdim edilib.
Uşaqlar üçün elmi şouların, musiqili tamaşaların və viktorina müsabiqələrinin təşkil olunduğu tədbirdə TEKNOFEST çərçivəsində təşkil olunan müsabiqələrin qaliblərinə mükafatlar verilib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
