Adanada keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalının (TEKNOFEST) son günündə 10 hava şousu keçirilib.
Anadolu Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu Türkiyə Texnologiya Komandası Vəqfi və Sənaye və Texnologiya Nazirliyinin əsas rəhbərliyi ilə təşkil edilən festival Adana Hava Limanında qonaqları qəbul edib.
Bu gün festivalda Türk Ulduzları, SOLOTÜRK, Jandarma Polad Qanadları, F-16 təyyarələri, hücum helikopterləri və paramotorlar olmaqla 10 fərqli hava şousu keçirilib.
Ziyarətçilər, həmçinin, Bayraktar TB2-nin müşayiəti ilə paraşütlə tullanma və vertolyotla havadan evakuasiya kimi həyəcanlı şoulara da şahid olublar.
Adananın səmasını sonuncu dəfə rəngləndirən hadisələr iştirakçılar tərəfindən mobil telefon kameraları ilə lentə alınıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
