Antalyanın Kumluca rayonunda tur gəmisi hələ naməlum səbəbdən yanıb.

Adrasan körfəzində lövbər salan Mehmet Akkaymak adlı turizm mütəxəssisinə məxsus "Kapitan Adrasan" adlı gəmidə saat 14:00 radələrində yanğın baş verib.
Yanğın zamanı tur gəmisi yararsız hala düşüb. Gəmidə heç kimin olmaması mümkün fəlakətin qarşısını alıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
