Bu gün:

Jurnalist olduğunu iddia edən şəxs özünü yandırmağa cəhd edib


Vaşinqtonda İsrailin Qəzzada törətdiyi soyqırım aksiyalarının keçirildiyi Ağ Evin yaxınlığında jurnalist olduğunu deyən şəxs özünü yandırmağa cəhd edib.

Sosial mediada yayılan görüntülərdə gənc oğlanın özünü yandırmaq istəyərkən polis tərəfindən saxlandığı görülüb.

Həmin şəxs "Mən jurnalistəm. Xahiş edirəm, saxta xəbərləri dayandırın" deyə qışqıraraq özünü yandırmağa cəhd edib.

Sözügedən şəxsin qolunda yanıq xəsarətləri olduğu müşahidə edilib.

Hadisə şahidləri özünü yandıran şəxsin “CBS-də jurnalist olduğunu” və “CBS-nin Qəzzada yalan xəbərlər yaydığını” dediyini bildirib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et