Bu gün:

Tunisdə prezident seçkiləri üçün səsvermə başlayıb


Tunisdə 3 namizədin mübarizə apardığı prezident seçkiləri üçün səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 08:00-da ölkə daxilində qurulan qutularda başlayacaq və saat 18:00-a qədər davam edəcək.

Oktyabrın 4-də xaricdə 59 ölkədə başlayan səsvermə bu gün başa çatacaq.

9 milyondan çox qeydiyyatdan keçmiş seçicinin olduğu Tunisdə prezident Kays Səid, Xalq Hərəkatının lideri Zuheir əl-Məğzavi və 2020-ci ildə Yaşasın Tunis Partiyasından millət vəkili olaraq siyasi həyatına başlayan iş adamı Ayaşi Zamal yarışır.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et