Bu gün:

“Miss Russia 2024” müsabiqəsinin qalibi “Miss Universe” titulunu qazanacağına söz verib


"Miss Russia 2024” müsabiqəsinin qalibi, Çuvaşiya Respublikasını müsabiqədə təmsil edən 18 yaşlı Valentina Alekseyeva “Kainat gözəli” titulunu qazanmaq üçün əlindən gələni edəcəyinə söz verib.

"Mənim gələcək planlarım təbii ki, Rusiyanı "Miss Universe" müsabiqəsində layiqincə təmsil etməkdir. Mən mümkün və mümkün olmayan hər şeyi edəcəyəm ki, biz ən yaxşı olaq"- dedi.

V. Alekseyeva etiraf edib ki, onu xoşbəxtlik, sevinc və gələcək üçün həyəcan bürüyür.

“Səhnəyə çıxanda heç nə gözləmirdim, heç bir ümidim və ya təxminim yox idi, çünki düşünürəm ki, hazırda olmaq çox vacibdir, sadəcə səhnədən, prosesdən həzz alın"

Moskva vilayətindəki Barvikha Luxury Village konsert zalında “Miss Russia 2024” müsabiqəsinin finalı baş tutub. Burada ölkənin hər yerindən 50 qız iştirak edib.

Mənbə: Tass

Tərcümə etdi: Arzu İbrəhimova

Paylaş
Şərh əlavə et