Bu gün:

Deyr əl-Bələh şəhərində ölənlərin sayı 21-ə çatıb


İslamazeri.az -ın Əl-Cəzirə telekanalına istinadən verdiyi xəbərə görə, İsrailin Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərində məscidə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Bundan əvvəl 16 nəfərin öldüyü bildirilirdi.

Telekanalın məlumatına görə, məsciddə məcburi köçkünlər olub. Hücum zamanı onlarla insanın yaralandığı da qeyd edilir.

Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti Hərbi Hava Qüvvələrinin Deyr əl-Bələh şəhəri ərazisində Fələstinin HƏMAS hərəkatının komanda mərkəzlərinə zərbələr endirib. Açıqlamada, zərbənin daha əvvəl İbn Rüşd məktəbi kimi fəaliyyət göstərən kompleksin daxilindəki komanda mərkəzi ilə yanaşı, Şühəda əl-Əqsa məscidindəki mərkəzin hədəf alındığı da bildirilib.

Mənbə: Tass

Tərcümə etdi: Arzu İbrəhimova

Paylaş
Şərh əlavə et