Bu gün:

"Real Madrid" "Vilyarreal"ı 2 qolla məğlub edib


İspaniya La Liqasının 9-cu turunda "Real Madrid" "Vilyarreal"ı 2:0 hesabı ilə məğlub edib.

La Liqanın 9-cu turunda "Real Madrid" "Vilyarreal"la qarşılaşıb. Qarşılaşma "Santyaqo Bernabeu"da keçirilib. 

Matçda Real Madrid 2:0 hesabı ilə qalib gəlib.

Real Madridin qollarını 14-cü dəqiqədə Federiko Valverde və 73-cü dəqiqədə Vinisius Junior vurub.

Milli futbolçu Arda Gülər matçın 79-cu dəqiqəsində oyuna daxil olub.

Bu nəticədən sonra "Real Madrid" xallarını 21-ə yüksəldib. “Vilyarreal” 17 xalda qalıb.


Mənbə: TRT Haber

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et