Bu gün:

Hollandiya hökuməti yeni ildən qeyri-qanuni əcnəbilərə dəstək verməyəcək


Hollandiyada sığınacaq müraciətləri tamamilə rədd edilən və qeyri-qanuni hala gələn əcnəbilər üçün xüsusi sığınacaqlar var ki, onlar küçələrdə yaşayaraq xalqı narahat etməsinlər. Bu müavinətin son aylarda hakimiyyətə gələn ifrat sağ və sağçı partiyaların qurduğu koalisiya hökumətinin sərt mühacirət planı çərçivəsində kəsilməsi qərara alınıb.

 Nazir Faber, 1 yanvar 2025-ci il tarixindən etibarən qeyri-qanuni əcnəbilərə dəstək üçün verilən maliyyənin tamamilə dayandırılacağını açıqladı.

Hollandiya Bələdiyyələr Birliyi (VNG) hökumətin qəbul etdiyi bu qərara görə qeyri-qanuni əcnəbilərin küçələrə axışmasından narahatdır.Bələdiyyələrin fikrincə, dövlət tərəfindən sığınacaqsız qalan əcnəbiləri izləmək mümkün olmayacaq. Bu, cəmiyyətdə diskomfort və güvənsizlik hissi yaradacaq. Amsterdam Bələdiyyəsi əcnəbilərə sığınacaq verilmədiyi və onlara insani münasibət göstərilmədiyi üçün paytaxtda dinc bir mühit olduğunu bildirərək hökumətin qərarının "ağılsız" olduğunu müdafiə edir.Bu səbəbdən Amsterdam və Utrext bələdiyyələri bu mərkəzi gələn il öz büdcələrindən maliyyələşdirəcəklərini açıqladılar, “Bu insanların küçələrdə gəzməsinə ehtiyac yoxdur. “Əgər onlar öz ölkələrinə qayıtmaq üçün əməkdaşlıq etsələr, bu məsələdə onlara kömək edəcəyik. İfrat sağçı nazir həmçinin bildirib ki, ərizələri rədd edilsə də, Hollandiyada qeyri-qanuni qalmağa davam edən şəxslər cəzalandırılacaq.

Faber, müraciətləri rədd edilən əcnəbilərin ölkələrinə qayıtmalarında Hollandiya səlahiyyətliləri ilə əməkdaşlıq etməmələrini cinayət hesab edən hüquqi tənzimləmə hazırladığını açıqladı.Hollandiyada əvvəlki hökumət dövründə Dilan Yeşilgözün başçılıq etdiyi Azadlıq və Demokratiya Xalq Partiyası (VVD) LVV müavinətini kəsmək üçün hərəkətə keçib.Lakin koalisiya tərəfdaşlarının reaksiyası səbəbindən bu qərardan imtina edilib.

Mənbə:bbc news türkçe

Tərcümə etdi:Uğur Hacıyev

Paylaş
Şərh əlavə et