İngiltərədə 100 il əvvəl nəsli kəsilən növlər sırasına qara damarlı ağ kəpənəklər əlavə edildi. Ancaq bu nadir kəpənək növünü indi London yaxınlığındakı çəmənliklərdə yenidən görmək olar. BBC-nin təcrübəli təhlükəsizlik müxbiri və eyni zamanda təbiəti müşahidə edən Frank Qardner bu kəpənək növünün yenidən ortaya çıxmasını “sirli bir inkişaf” kimi təsvir edir.

Qara damarlı kəpənəklər Londonun cənub-şərqindəki çəmənliklərdə və kolluqlarda az sayda peyda olmağa başlayıb. Qeyri-mütəxəssislər bu növü yay aylarında tez-tez görülən kələm kəpənəyi adlanan ağ kəpənəklə asanlıqla qarışdıra bilər, lakin İngiltərədə uzun illərdir heç kim qara damarlı ağ kəpənək görməyib.Bu növ ilk dəfə 1660-1685-ci illərdə hökmranlıq edən Kral II Çarlzın dövründə İngiltərədə növlər sırasına daxil edilmişdir. 1925-ci ildə onun ölkədə mövcudluğunun rəsmən başa çatdığı müəyyən olundu.
Bu yaxınlarda, bu kəpənək növü Londonun kənarında, sevimli yaşayış yeri, yemişan və quş gavalı ağaclarının ətrafında görüldü.Adından da göründüyü kimi, bu növün nümayəndələrinin qanadlarında fərqli qara damarlar var.İngiltərədəki kəpənək növlərini və populyasiyalarını izləyən Kəpənək Qoruma Fondu bu kəpənək növünün yenidən təbiətə buraxılmış ola biləcəyini bildirir. Lakin bunun kim tərəfindən və nə üçün edildiyi məlum deyil.Vəqf əlavə edir ki, növün yenidən peyda olması xoşdur, lakin nəsli kəsilmiş məxluqun kortəbii şəkildə yenidən peyda olması demək deyil.
Mənbə:bbc news türkçe
Tərcümə etdi:Aynur Mikayılova
