1950-60-cı illərin italyan tennis ulduzu Lea Perikoli 89 yaşında vəfat edib.

Ölkəsinin ən yaxşı oyunçularından biri hesab edilən Lea, iki dəfə Fransa Açıq çempionatında son 16-ya və üç dəfə Uimbldon çempionatlarına yüksəlib.
Atletik nailiyyətləri ilə yanaşı, Perikolinin lələk və xəzlə bəzədilmiş yarışma geyimləri onu stil ikonası etdi.
22 mart 1935-ci ildə Milanda anadan olub, sonralar məşhur televiziya aparıcısı və jurnalist olub.
İtaliya Tennis və Padel Federasiyasının prezidenti Ancelo Binəqi yerli mediaya açıqlamasında "O, bir az bizim hamımız üçün ana kimi idi" dedi.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
