Bu gün:

İlin ikinci Günəş tutulması baş verib


Bu ilki ikinci Günəş tutulması Sakit okeanda başlayıb. Oktyabrın 2-də Ayın kölgəsi qərbdən şərqə doğru hərəkət edib və ensiz xətt üzrə dairəvi tutulma müşahidə olunub.

Bu marşrut əsasən okeanın üzərindən keçdi, Cənubi Amerikanın cənub ucuna yaxınlaşdı və Cənubi Atlantikada sona çatdı. Çox diqqətəlayiq halqavari tam tutulma mərhələsi həm də "od halqası" kimi tanınır, çünki Ay Günəşi kənarları istisna olmaqla bloklayır. Bu hadisə ilə yanaşı, geniş insan təbəqəsi də qismən günəş tutulmasını yaşama şansı qazanıb. Tutulmanın ən erkən anlarını əks etdirən bu fotoda günəşin doğmasına yaxınlaşan Günəş buludların bir az üstündə görünür. Günəş təkəri Havay adasındakı Mauna Kea Rəsədxanasının Ziyarətçi Mərkəzindən tutulmanın maksimal nöqtəsinə yaxın görünür.

Mənbə: Evrimagaciofficcial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et