Manisanın Kula rayonunda yük maşını sürücüsü qarşısındakı avtomobili vurmamaq üçün manevr edib. Yük maşınından yola uçan kağız rulonlarından biri hərəkətdə olan maşının üzərinə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Qəza saat 14:00 radələrində İzmir-Ankara D300 avtomobil yolunun Hisarkapı qovşağında baş verib. İzmirdən Uşak istiqamətində kağız bobinlərlə yüklənmiş yük maşınının sürücüsü Levent Kelezoğlu qəfil əyləc basan Mehmet Kadri Göralın idarə etdiyi avtomobilə dəyməmək üçün manevr edib.
Yük maşınından uçan kağız bobinlərdən biri hərəkətdə olan avtomobilin üzərinə düşüb.
İzmir-Ankara D300 avtomobil yolunun Uşak istiqaməti qəza səbəbiylə bir müddət nəqliyyata bağlı qalarkən, nəqliyyat vasitələri yoldan çıxarıldıqdan sonra yol yenidən nəqliyyata açılıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
